Həkimlər növbədədir

hekimler-novbededir
Oxunma sayı: 648

Stansiyanın Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova şənbə günü Trend-ə deyib ki, artıq onların Bakıdakı bütün imtahan mərkəzlərində təcili tibbi yardım briqadaları fəaliyyətə başlayıb.

Həkim deyib ki, bu gün Bakıda imtahan 29 binada keçirilir. Imtahan saat 11.00-dan keçirilməyə başlanılsa da, artıq saat 9.15-dən bu binaların hər birinin qarşısında təcili tibbi yardım maşınları dayanıb. Hər bir bina üçün bir həkim, bir feldşer ayrılıb. Ümumilikdə imtahan mərkəzində abituriyentlərə və onlara valideynlərinə təcili tibbi yardım göstərilməsinə 29 həkim, 29 feldşer və 29 sürücü, ümumilikdə 87 işçi cəlb edilib.

"İmtahan saat 11-də başlayır və 3 saat davam edir. Həkimlər imtahan qurtarandan sonrakı yarım saat ərzində də orda dayanacaqlar. Çünki imtahan qurtardıqdan sonra da kiminsə tibbi yardıma ehtiyacı ola bilər"- Vahidova deyib.

O bildirib ki, ümumiyyətlə, belə imtahanlar təşkil olunarkən daha çox valideynlərin səhhəti ilə bağlı narahatçılıqlar yaranır və müraciətlər də onlardan daxil olur. Bəzi abituriyentlərə isə imtahandan qabaq həyəcanlandıüları üçün yardım göstərilir.

Qeyd edək ki, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012/2013-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. Bu il III qrup üzrə 30831 abituriyent ərizə təqdim edib. Bu gün Bakıda 17 797 abituriyent imtahan verəcək.