Həkimlər ölkədə gizli təşkilat yaradıblar

hekimler-olkede-gizli-teskilat-yaradiblar
Oxunma sayı: 643

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Türkiyənin Hatay şəhərinin Reyhanlı qəsəbəsində bir araya gələn suriyalı həkimlər könüllü surətdə sərhədi keçərək, bu ölkəyə sığınan yaralıları müalicə etməklə yanaşı, Suriyada gizli xəstəxana da yaradıblar.

Xəbərlərdə Suriyaya daxil edilməsinə qadağa qoyulan tibbi ləvazimatlar və dava-dərman Türkiyə sərhədindən bu ölkəyə keçirilir. Yaralılara yardım göstərmək üçün Türkiyədə təşkilatlanan suriyalı həkimlərin Suriya Tibbi Yardım Təşkilatları Birliyini formalaşdırdığı xəbərlərdə öz əksini tapıb.

Birliyin Türkiyədəki suriyalı həkimləri və könüllüləri bir araya gətirərək, Bəşşar Əsəd rejiminin zülmün xilas ola bilən yaralıları müalicə etməyə başladığı xəbər verilir. Türkiyə mətbuatı ölkədə müalicə alan yaralılar arasında Azad Suriya Ordusunun döyüşçülərinin də olduğunu yazıb.