Həkimlər üçün pis xəbər

hekimler-ucun-pis-xeber
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, qanun xəstə ilə həkim arasındakı münasibətin tənzimlənməsinə xidmət edəcək və beləliklə də pasientlərin hüquqlarının qorunması ilə bağlı məsələ öz həllini tapmış olacaq. Bununla da əgər həkim, pasientin müalicəsi zamanı səhv diaqnoz qoyubsa, müdaxilə və əməliyyatı düzgün aparmayıbsa bu xəstənin şikayətinə əsasən araşdırılacaq. İddia özünü doğruldarsa həmin həkim cəzalandırılacaq. Bu yolla da istər təcrübəli, istərsə də yeni həkim adı qazananlar arasında məsuliyyət bir az da artırılacaq.

Hələlik cəza tədbirləri barədə konkret ölçü götürülməsi haqqında məsələ dəqiqləşdirilməyib. Qanun həm də həkimlərin də hüquqlarının da təminini nəzərdə tutur. Komissiyanın üzvləri arasında tibb mütəxəssisləri, hüquqşünaslarla yanaşı ictimaiyyəti təmsil edən şəxslər eləcə də, qeyri-hökumət təşkilatlarının nümayəndələri də olacaq.

Qeyd edək ki, bu günədək Azərbaycanda həkim səhvi adlı anlayış hüququ qiymət almadığına görə, pasientlərin bir qisim həkim arasındakı anlaşılmazlıqlar öz həllini tapa bilmir.

Raminə Eyvazqızı