Həlak olan neftçinin cəsədi suyun üzünə çıxdı - Video

helak-olan-neftcinin-cesedi-suyun-uzune-cixdi
Oxunma sayı: 13846

“Günəşli” yatağındakı qəza nəticəsində həlak olanlardan birinin cansız bədəni su üzərinə çıxıb. 

"Qafqazinfo" "Bizimyol"a istinadən hadisə yerindən çəkildiyi iddia edilən həmin görüntünü təqdim edir. 

Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub. Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb.