Həlak olanların bəzilərinin cəsədi ailələrinə verilib

Həlak olanların bəzilərinin cəsədi ailələrinə verilib
Oxunma sayı: 4470

Dünən Respublika Narkoloji Dispanserində yanaraq dünyasını dəyişənlərin adları məlumdur. 

Bu barədə “Qafqazinfo”ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib. O qeyd edib ki, ölənlərin adları müəyyənləşib. Lakin hazırda hansı meyitin kimə məxsus olması üzərində iş aparılır: “Onlardan bir neçəsinin şəxsiyyəti dəqiqləşib və dəfn edilməsi üçün ailələrinə təhvil verilib”. 

Qeyd edək ki, ötən gün Respublika Narkoloji Dispanserində güclü yanğın hadisəsi baş verib. Nəticədə dispanserdə müalicə alan xəstələrdən 25-i yanaraq ölüb. 
Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi