Həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldıldı - Fotolar

Həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldıldı
Oxunma sayı: 3637

Ötən il dekabrın 4-də “Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında ucaldılmış abidənin açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Pirallahı rayonunun rəhbərliyi, faciə qurbanlarının doğmaları, ictimaiyyət nümayəndələri, Çilov adasının sakinləri iştirak ediblər. Həlak olan neftçilərin ailə üzvləri ilə birlikdə abidənin üzərindəki örtük götürülüb, önünə gül çələngi qoyulub.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edib: “Təcrübəmdən bilirəm ki, neftçilərin əməyinin ikiqat qəhrəmanlıq olması gəlişi gözəl söz deyil, bu, bir həqiqətdir! Çünki dənizdə neftçinin hər günü mərdlik, igidlik, rəşadət nümunəsidir”.

R.Abdullayev 4 dekabr faciəsinin bütün neftçilərin, xüsusilə dəniz neftçilərinin ümumi kədəri olduğunu söyləyib: “Amma biz nikbinik. Nikbinik ona görə ki, bizim yoldaşlarımız, silahdaşlarımız Vətənin rifahı üçün çalışıb, şərəflə yaşadılar, adlarını Azərbaycanın qəhrəmanlıq tarixinə yazdılar. Neftçilərimizin xatirəsi hamımız üçün əzizdir, doğmadır. Bu gün açdığımız bu abidə də onların ruhu qarşısında bizim vəfa borcumuzdur. Bu abidə bizim and yerimiz, ziyarət yerimiz olacaqdır”.

 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi