Hələ 20 il də hakimiyyətdə qalmaq istəyir

hele-20-il-de-hakimiyyetde-qalmaq-isteyir
Oxunma sayı: 646

57 yaşlı Uqo Çaves 13 ildir ki, Venesuelanı idarə edir və bu ilin oktyabrında keçiriləcək seçkilərdə yenidən prezident seçilmək iddiasındadır. Onun sözlərinə görə, Venesuela öz tarixində hələ onun prezidentliyi illərindəki qədər demokratik islahatlar görməyib. Uqo Çavesin prezident seçkilərində müxalifətdən olan rəqibi isə fevralın 12-də müəyyənləşəcək.

Anti-Amerika baxışları ilə məşhur olan Uqo Çaves həmçinin özü və ABŞ prezidenti Barak Obama yenidən prezident seçkilərində qalib gələcəyi təqdirdə, Obamanın əlini sıxmaq və Vaşinqtonla yaxşı münasibətlər qurmaq istədiyini deyib. Venesuela prezidenti bunu Barak Obamanın bir neçə gün əvvəl verdiyi bəyanata cavab olaraq deyib. Barak Obama «Venesuela hökumətinin öz səhvlərinə görə məsuliyyəti Birləşmiş Ştatların üzərinə yıxmaq tendensiyasına malik olduğunu» demişdi.

Qeyd edək ki, hazırda iki ölkə arasında səfirlər səviyyəsində diplomatik münasibətlər yoxdur.