“Hələ belə qol vurmamışdım” - Dabo

hele-bele-qol-vurmamisdim
Oxunma sayı: 1886

“Neftçi”nin hücumçusu Baqali Dabo klubun rəsmi saytına müsahibə verib. 

“Qafqazinfo” xəbər verir ki, komandanın çempionluq uğrunda mübarizə apardığını bildirən fransalı futbolçu bu yolda əsas rəqiblərinin "Qarabağ” və "Qəbələ” olacağını deyib.

- Baqali, "Keşlə” ilə son oyundan başlayaq. Bu qələbə haqqında nə deyə bilərsiz?

- Belə matçlarda qalib gəlmək ikiqat vacibdi. Çünki belə çətin qələbələr komandanın ruhuna, mənəvi vəziyyətinə müsbət təsir göstərir. Ən önəmlisi üç xal idi, onu da qazana bildik.

- Sonuncu dəfə boş qapıya nə vaxt qol vurmusuz?

- Sözün düzü, yadımda deyil. "Keşlə” hesabı bərabərləşdirmək istəyirdi. Son dəqiqədə qapıçıları da irəli atıldı. Mən isə Mirabdulladan ötürmə alıb qapıya zərbə endirdim. Fikrimcə, hələ belə qol vurmamışdım.

- Komandaya tam uyğunlaşdığınızı demək olarmı?

- Təbii. Özümü burada əla hiss edirəm.

- Hazırda "Neftçi”nin ən məhsuldar futbolçususuz. Mövsümün sonunda bu statusu qorumaq sizin üçün nə qədər vacibdi?

- Zərrə qədər də vacib deyil. Mənim üçün ən önəmlisi komandanın qələbələridi. O qələbələri kimin qollarının gətirməsi artıq ikinci dərəcəli məsələdi.

- "Zirə” ilə oyundan nə gözləyirsiz?

- Yalnız qələbə. Çempion olmaq istəyirsənsə, yalnız qələbə haqda düşünməlisən.

- 4 turan sonra lider mövqeyində qərarlaşan "Neftçi” çempionluq iddiasını ortaya qoyub. Sizcə, bu mübarizədə komandanın ən böyük rəqibləri kimlər olacaq?

- Tam razıyam ki, "Neftçi” bu mövsüm ancaq ən yüksək yer uğrunda mübarizə aparacaq. Məncə, əsas rəqiblərimiz "Qarabağ” və "Qəbələ” olacaq.