Helikopter qəzaya düşdü - İki rus pilot öldü

helikopter-qezaya-dusdu
Oxunma sayı: 1394

Suriyada Rusiya Hava Qüvvələrinə məxsus helikopter qəzaya düşüb.“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Mi-24 tipli helikopter Yeni il gecəsi Hama hərbi hava limanından 15 km uzaqlıqda eniş edib.

Texniki problem yaranan helikopterdə iki rusiyalı pilot dünyasını dəyişib.