Helikopter qəzaya uğradı

helikopter-qezaya-ugradi
Oxunma sayı: 640

“Qaqfazinfo”nun məlumatına görə, “France-Presse” aegentliyi xəbər verir ki, helikopterin kabinəsində pilotla birlikdə 3 nəfər olub.

Helikopter Rayxenbax yaxınlığında qəzaya uğrayıb. İsveçrə polisi xəbər verib ki, helikopter çətinliklə keçilə bilən dağ rayonunda yerə düşüb.

Qəzanın baş verdiyi əraziyə xilasedicilər göndərilib. Xilasedcilər dağ massivində alovun olduğunu və helikopterin qalıqlarını müşahidə ediblər. İlkin məlumatlara görə, helikopterdə olanların hər üçü həlak olub. Axtarış tədbirləri davam edir. Qəzanın səbəbləri müəyyən deyil.