Helikopter qəzaya uğrayıb - Ölənlər var

helikopter-qezaya-ugrayib
Oxunma sayı: 1104

Ekvadorda helikopter qəzası nəticəsində 3 nəfər həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” Ekvador xilasetmə xidməti məlumat yayıb.

Məlumata əsasən, insident San-Mateo çimərliyi yaxınlığlnda baş verib. Qəza siqnalı alındıqdan sonra hadisə yerinə xilasedicilər, polis və Hərbi Hava Qüvvələri göndərilib.

İlkin məlumata görə, qəza yerində 3 nəfərin cəsədi aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.