Həm prezident postunu, həm də arvadını tərk edir

hem-prezident-postunu-hem-de-arvadini-terk-edir
Oxunma sayı: 3078

Dekabrın 1-i prezident səlahiyyətləri başa çatan Meksika lideri Enrike Penya Nyeto şəxsi həyatında da köklü dəyişikliklər etmək qərarına gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident həyat yoldaşı Anxeliko Rivere ilə boşanmağı planlaşdırır. 

Qeyd edək ki, onların yeddi uşaqları var, lakin heç biri ortaq deyil. Belə ki, onlardan dördü prezidentin ilk nikahından, 3-ü isə Riveranın ilk evliliyindəndir. 

Artıq dövlət başçısı və köməkçiləri boşanma prosesinə başlayıblar. Cütlük isə uzun müddətdir ki, birgə yaşamır. 

Onlar sonuncu dəfə sentyabrda Müstəqillik günündə birgə görüntüləniblər.