Həm qol vurdu, həm də qırmızı vərəqə aldı

hem-qol-vurdu-hem-de-qirmizi-vereqe-aldi
Oxunma sayı: 645

“Qafqazinfo” xəbər verir ki, son turlarda istədiyi nəticələri ala bilməyən “Simurq” öz meydanında “Qarabağ”üzərində 1-0 hesablı qələbə qazanıb. Bu qalibiyyət Zaqatala təmsilçisini turnuir cədvəlində də irəliyə daşıyıb və 3-cü edib. 39 xalla 3-cü pilləyə yüksələn “Simurq”un qələbə topunu Rəşad Eyubov vurub. Ancaq futbolçu təkcə vurduğu qolla deyil, həm də aldığı qırmızı vərəqə ilə də yadda qalıb. Görüşün 82-ci dəqiqəsində Rəşad qırmızı vərəqə alıb və komandasını azlıqda qoyub.

Bakı derbisində isə sevinən olmayıb. Çünki görüş 1-1 hesablı bərabərliklə başa çatıb. Lider “Neftçi” Araz Abdullayevin vurduğu qolla önə keçsə də üstünlüyünü sona qədər qoruya bilməyib. “Bakı”nın futbolçusu Marius Pena bərabərlik qolunu vurub. “Rəvan” “Xəzər Lənkəran” görüşü də maraqlı alınıb . Emin Quliyevin rəhbərliyi altında oyuna çıxan “Xəzər Lənkəran” 1-0 hesabı ilə məğlub olub.

İqbal