HƏMAS İsraillə anlaşdığını açıqladı

hemas-israille-anlasdigini-aciqladi
Oxunma sayı: 1652

HƏMAS (Fələstinli hərbiləşdirilmiş təşkilat və siyasi partiya) İsrailin Qəzzaya son hücumundan sonra 2014-cü ildən bu yana qüvvədə olan atəşkəs sazişinə geri döndüyünü açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, təşkilat İsraillə vasitəçilər yolu ilə razılığa gəlib. Qarşı tərəf isə sazişlə bağlı hər hansı açıqlama verməyib. 

HƏMAS-ın siyasi büro üzvü Halil Hayyenin yaydığı yazılı açıqlamada vasitəçilərin kimliyi və anlaşmanın detalları ilə bağlı məlumat verilmir. 

Qeyd edək ki, İsrailin son iki gündə Qəzzadakı HƏMAS və "İslam Cihadı"na aid bəzi məntəqələrə endirdiyi hava hücumları nəticəsində 4 fələstinli şəhid olub.