Həmcinsi ilə evlinən Riki Martin ilin cütlüyü arasında - Fotolar

hemcinsi-ile-evlinen-riki-martin-ilin-cutluyu-arasinda-fotolar
Oxunma sayı: 1126

“Qafqazinfo” xəbər verir ki bu ilin ən göz qamaşdıran cütlüyü yəqin ki, Cenifer Lopezlə gənc sevgilisi Kasper Smart olub. Smart doğurdan da ağıllı oğlandı. Çünki o, Lopezin rəqs qrupunda işləyə - işləyə özünü müğəniyyə bəyəndirə bilib.

Bu ilin digər maraqlı cütlüyü isə aktrisa Holli Berri və Olivye Martinezdir. Amma cütlük hələ də Hollinin keçmiş sevgilisindən xilas ola bilmir. Aktrisanın Qabriel Obridən bir qızı olması sevgililərin möhkəm dalaşmasına səbb olub.

Digər məşhur cütlük isə Tom Kruz və Ketti Holmsdur. Doğrudur onlar artıq boşanıblar. Lakin bu evlilikdən cütlüyün bir qız övladları var.

Riki Martin və Karlos Qonzales Obelya cütlüyünə isə suroqat ana tərəfindən bir oğlan uşağı övladlığa verilib. Cütlük hazırda həmin uşağı mehribanlıqla böyüdür.

Bred Pitlə ayrıldıqdan sonra uzun müddət yalnız olan Cenifer Eniston bu yalnızlığına Castin Teru ilə son verib. Hətta cütlüyün gələn il evlənəcəyi də gözlənilir.

Şakira və Pikə münasibəti artıq uzun müddətdir ki davam edir. Onlar bu yaxınlarda valideyn olmağa hazırlaşırlar.

Robert Patinson Və Kristen Styüard artıq hamının diqqətini çəkiblər. Onların hətta sevgili olması barədə də şayələr gəzir.