Həmcinslərini Türkiyədə fahişəliyə cəlb edən bərdəli qadın saxlanılıb

hemcinslerini-turkiyede-fahiseliye-celb-eden-berdeli-qadin-saxlanilib
Oxunma sayı: 1864

Qadınları cinsi istismara məruz qoymaqda şübhəli bilinən həmcinsi saxlanılıb.

"Qafqazinfo" xəbər verir ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini Samirə Mehdiyevanın gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi başlanılıb.  

Görülmüş tədbirlərlə S.Mehdiyeva saxlanılıb.