Həmid Herisçi və Qamət Süleymanov arasında - - Qalmaqal

hemid-herisci-ve-qamet-suleymanov-arasinda-
Oxunma sayı: 2686


“Onun danışığı nağıldır. Görünür ki, kimsə sponsorluq edib, obyektlərin təbliğatına pul buraxır. Belə şeylərlə razı deyilik. Camaatı televiziya vasitəsilə xurafata aparmaq olmaz. Əksinə, insanları başa salmaq lazımdır ki, yalnız Allaha ibadət etmək lazımdır. Camaata məsləhət görmürəm ki, elə şeylərə baxmasınlar”.

“Gizli Azərbaycan” proqramın aparıcısı, yazıçı Həmid Herisçi Modern.az-a açıqlamasında Q. Süleymanovun cavabını verib: 

“Heç kimdən gizli deyil ki, Qamət Süleymanov vəhhabidir. O, “Gizli Azərbaycan” verilişinə qarşı düşmən mövqedə durur. Sponsorum yoxdur, necə deyərlər, hər kəs öz arşını ilə ölçür. O ki qaldı “nağıla”, olsun, “nağıl”dan hələ heç kimə ziyan gəlməyib. Qamət Süleymanova məsləhət görərdim ki, aradabir “nağıl”a diqqətlə və hörmətlə qulaq assın. Bəlkə nələrsə anlamış olar. Mistika nə xurafatdır, nə də allahsızlıq. Lazım gələrsə, lap elə Qamət Süleymanovun özündən mövzu ilə əlaqədar müsahibə götürə bilərik”.