“Həmin adamlar İlqarın rahatlığını pozublar” - - Natiq Cəfərli

hemin-adamlar-ilqarin-rahatligini-pozublar-
Oxunma sayı: 1266


“Qafqazinfo”xəbər verir ki, N.Cəfərli İlqar Məmmədovun son iki gündə saxlanıldığı kamerada rahatlığının pozulduğunu qeyd edib:

“Artıq 7 aydır ki, Şəki İstintaq təcridxanasında saxlanılan REAL Hərəkatının sədri İlqar Məmmədov özünün müraciəti əsasında kamerada tək qalırdı. Təcridxananın yeni olması, kameraların sayının çox olması, tam dolmaması belə bir şəraitdə İlqar Məmmədovun tək qalması üçün heç bir problem yaratmırdı. Təcridxana rəhbərliyi və işçiləri tərəfindən bu müddət ərzində İlqara qarşı heç bir xoşagəlməz addımlar olmamışdır.

Şənbə günü təcridxana rəhbərliyindən İlqar Məmmədovun yanına gəlib, onun qaldığı korpusa ilan girdiyini deyərək, ehtiyatlı olmağı məsləhət görüb. Bazar günü isə həmin adam İlqar Məmmədovu yanına gələrək, əgər istəyirsə, onun yanına bir nəfər salmaq istədiyini bildirib. İlqar imtina edərək, tək qalmaqda israr edib. Sonra təcridxana rəhbərliyi 2 nəfər dustaq gətirərək, İlqarın kamerasına yerləşdiriblər. Həmin adamlar 2 gündür İlqarın rahatlığını tam pozublar, İlqarın siqaret tüstüsünü götürmədiyini, bu yaşa qədər hələ bir dəfə də olsun siqaret çəkmədiyini təcridxana rəhbərliyi bilirdi, həmin 2 nəfər dayanmadan siqaret çəkərək kamerada nəfəs almağı mümkünsüz ediblər.

İlqar Məmmədovun telefonla evlərinə bildirdiyinə görə, son hadisələr, Apellyasiya Məhkəməsinin qeyri-müəyyən vaxta təxirə salınması ona qarşı yeni psixoloji təxribatın başlanmasından xəbər verir. İlqarın sözlərinə görə, əbəs yerə belə ucuz addımlara əl atmasınlar, bununla onlar heç nəyə nail olmayacaqlar!”