“Həmin sponsorluğa görə “Atletiko” Bakıda tanınır” - “Qarabağ”ın futbolçusu

hemin-sponsorluga-gore-atletiko-bakida-taninir
Oxunma sayı: 1237

“Qarabağ”ın futbolçuusu Miçel Madera Çempionlar Liqasında Madrid "Atletiko"suna qarşı oyundan öncə İspaniya mətbuatına müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Çempionlar Liqasında “Atletiko”ya qarşı matç sizing üçün xüsusi olacaq?

-  Bəli, bu xüsusi bir görüş olacaq. Bizim üçün mükafat kimi oyundur. Buradan mümkün qədər zövq almağa çalışacağıq. Xaricdə bir komanda ilə ölkənizin nəhəng klublarından birinə qarşı oynamaq möhtəşəmdir. “Atletiko” böyük tarixə malik klubdur. Onlarla oynayacağımız üçün xoşbəxtik. 

- Bu ÇL-də Azərbaycan klubunun ilk iştirakıdır…

- Doğrudan möhtəşəmdir. 

- Hava şəraiti yaxşı oyuna imkan verəcək?

- Əgər dekabrda oynasaydıq, çətin olardı. Amma indi hava o qədər də pis deyil. Bakıda olduqca küləkli hava var. Amma bu stadionda o qədər hiss olunmur. İstiliyin olması yaxşıdır. “Atletiko” üçün bu mövzuda çətin heç nə olmayacaq.

- İspan nəhənginə qarşı oyun sizing üçün nə qədər əhəmiyyətlidir?

- Azərbaycan xalqı üçün gözəl oyun olacaq. Stadionda böyük azarkeş kütləsi gözləyirik. Bu ölkənin seçiləcəyi bir yerdir. Böyük stadionda oynamağa Azərbaycan Futbol Federasiyası icazə Verdi. 70 min tamaşaçının olması “Atletiko” üçün də xüsusi hal olacaq. 

- “Atletiko”nunxala ehtiyacı var. Bu, “Qarabağ” üçün çətinlik yaratmayacaq…

- “Atletiko”nun xala ehtiyacı olduğundan narahat çıxacaq meydana. Onlar qazanmaq üçün tələsəcək və bu barədə fikirlərini dəyişməyəcəklər. Qazanmaq üçün hər şey edəcəklər. Amma onsuz da çətin oyun olacaq. 

- “Roma” Bakıda çətinliklə xal qazandı. Eyni hal Madrid klubu üçün yaşana bilərmi?

- “Atletiko” aqressiv futbol oynayan komandadır və onları məğlub etmək çətindir. “Roma”ya gücümüzü göstərməyə çaışdıq və xal qazanmaq istəyirdik. Düzdür, imkanlarımız oldu, amma bacarmadıq. 

- Azərbaycanda “Atletiko”nu kifayət qədər tanıyırlarmı?

- Azərbaycanın bir biznesmeni (Hafiz Məmmədov nəzərdə tutulur) “Atletiko”ya sponsorluq etdi. Buna görə də çox yaxşı tanınır. Bundan əlavə Bakıda İspaniya çempionatı çox izlənilir. Hər kəs televiziyada böyük komandaların oyununa baxır. Ona görə də “Atletiko”nun tanınmaması mümkünsüzdür.