“Həmin torpaqlar Azərbaycana qaytarılmalıdır” - Petrosyan

hemin-torpaqlar-azerbaycana-qaytarilmalidir
Oxunma sayı: 652

“Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır”.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib. "İnterfax"a danışan Petrosyan bildirib:  "Əgər biz bunu könüllü etməsək, onda bu torpaqlar sanksiyalarla alınacaq".

O, qeyd edib ki, dövlət cəmiyyəti bu qərarlara hazırlamalıdır. "Əgər Serj Sarkisyan bu yol ilə gedərsə, mən sona kimi onun yanında olacam", - sabiq prezident bildirib.