“Həmin vaxtdan gömrük işi ixtisasına qəbul dayandırıldı”

hemin-vaxtdan-gomruk-isi-ixtisasina-qebul-dayandirildi
Oxunma sayı: 2123

"Təəssüflər olsun ki, 2009-ci ildən bakalavriat pilləsi üzrə 700 ixtisas azaldılaraq sayı 140-a endirildi. Onların arasında gömrük işi ixtisası da var idi. Həmin vaxtdan etibarən gömrük işi ixtisasına qəbul dayandırıldı".

"Qafqazinfo" xəbər verir ki, bunu Dövlət Gömrük Akademiyasının rəisi Qulu Novruzov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Nazirlər Kabinetinin bu sərəncamından sonra prezidentin sərəncamı ilə akademiya yaradıldı: "2014-cü ildə akademiya fəaliyyətə başladı. Təəssüflər olsun ki,bu günə kimi gömrük işi ixtisasının təsnifata salınmasına nail ola bilməmişik. Bu barədə Gömrük Komitəsi müvafiq qurumlara müraciət edib. Ümid edirik ki, aidiyyatı orqanlar bu işə konstruktiv yanaşacaq. Onu da qeyd etmək istəyirəm ki, bu gün hazırlanan gömrük mütəxəssisləri 2009-ci ilə qədər hazırlanan mütəxəssislərdən köklü sürətdə fərqlənir".

Q. Novruzov həmçinin əlavə edib ki, akademiyanın yeni binası olacaq: "Hazırkı bina Ümumdünya Gömrük təşkilatının regional tədris mərkəzidir.Dövlət Gömrük Komitəsi söz verib ki, yaxın bir ildə bizi yeni bina ilə təmin edəcək".

Günel Türksoy