“Həmişə hotellərdən “domaşnik”ləri çırpışdırıram”

hemise-hotellerden-domasnikleri-cirpisdiriram
Oxunma sayı: 3366

Tanınmış aparıcı Azər Qərib sosial şəbəkədə maraqlı paylaşımı ilə diqqət çəkib. “Qafqazinfo” xəbər verir ki, o, instaqram səhifəsində foto paylaşaraq hotellərdəki “oğurluğu” dəstəklədiyini bildirib:

“Sizi bilmirəm, mən həmişə hotellərdən “domaşnik”ləri çırpışdırıram, bunu da aparacam. Əvvəla, xalatdan, dəsmaldan, ədyaldan, televizordan fərqli olaraq, “domaşnik”ləri aparmaq günah deyil. O, sırf sizindir, otağa qoyulan andan artıq sərfiyyata silinib, həm də ki, bağda filanda lazım olur. Hətta, hotellərin özləri bu “oğurluğu” dəstəkləyirlər, çünki əlavə reklamdır”.