Həmkəndlisini öldürən şəxs meşədən tapıldı

hemkendlisini-olduren-sexs-meseden-tapildi
Oxunma sayı: 1781

Daşkəsən rayonunda keçmiş məhkumu öldürən şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, sentyabrın 18-də Daşkəsən rayonunun Əhmədli kəndində, rayon sakini Fikrət İsmayılov evində münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Natiq Quliyevi bıçaqla qətlə yetirərək hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb. Qətli törətməkdə şübhəli bilinən F.İsmayılov rayonun ətrafındakı meşə ərazisində saxlanılaraq istintaqa təhvil verilib.