Həmməruzəçilərin mətbuat konfransı təxirə salındı

hemmeruzecilerin-metbuat-konfransi-texire-salindi
Oxunma sayı: 642

Bu barədə AzadlıqRadiosuna Avropa Şurasının Bakı ofisindən məlumat verilib.

Mətbuat konfransının hansı səbəbdən təxirə salındığı açıqlanmır.

Avropa Şurasının Bakı Ofisinin gün ərzində həmsədrlərin Azərbaycana səfərinin yekunları ilə bağlı məlumat yayacağı gözlənilir.

Noyabrın 26-da həmməruzəçilər prezident İlham Əliyevlə görüşüblər. AzərTAc-ın məlumatına görə, görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.