Həmməruzəçilərinin Azərbaycana səfərinin tarixi açıqlanıb

hemmeruzecilerinin-azerbaycana-seferinin-tarixi-aciqlanib
Oxunma sayı: 646

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə həmməruzəçi Jozef Debono Qrex məlumat verib.

“Biz 30 yanvar – 1 fevral tarixlərində Azərbaycana gəlməyi planlaşdırırıq. Amma dəqiq tarix hələ müəyyənləşməyib, səfərin tarixini həmkarımla dəqiqləşdirməliyəm. Səfər proqramı da hələlik hazırlıq mərhələsindədir”.

Qeyd edək ki, AŞPA həmməruzəçiıəri Azərbaycana sonuncu dəfə ötən ilin fevralında səfər ediblər. Onlar Azərbaycan prezidenti, Milli Məclisin spikeri, ədliyyə naziri, milli təhlükəsizlik naziri, MSK sədri, ombusdman və siyasi partiyaların təmsilçiləri ilə görüşlər keçiriblər