Həmsədrlər Azərbaycana gələcək

hemsedrler-azerbaycana-gelecek
Oxunma sayı: 916

ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın 1-də Azərbaycana gələcəklər.

“Qafqazinfo” “Nezavisimaya qazeta”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında bildirib:

“Onlar dünən Yerevanda görüşlər keçiriblər. Noyabrın 1-də Bakıya gələcəklər”. Məmmədyarov ilin sonunadək erməni həmkarı ilə görüşmək niyyətində olduğunu qeyd edib.