Həmsədrlər bəyanat yaydı

hemsedrler-beyanat-yaydi
Oxunma sayı: 641

AzərTAc-ın məlumatına görə, ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda qeyd edilir ki, həmsədrlər noyabrın 23-də Yerevanda Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyan, noyabrın 26-da Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüblər, ayın 21-22-də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində, Zəngilan və Cəbrayıl rayonlarında olublar.

Həmsədrlərin bəyanatında bildirilir ki, Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərdə avqust və sentyabr aylarında həmsədrlərin hər iki ölkənin xarici işlər nazirləri ilə görüşləri nəzərdən keçirilib, oktyabrın 27-də xarici işlər nazirlərinin görüşündə sülh prosesinin davamına dair təqdim edilən ideyalar müzakirə olunub. Görüşdə tərəflər işi bundan sonra da xarici işlər nazirləri səviyyəsində davam etdirmək barədə razılığa gəliblər.