Həmsədrlər bəyanat yaydılar

hemsedrler-beyanat-yaydilar
Oxunma sayı: 1094

ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar.

“Qafqazinfo”nun ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünə hazırlıq məqsədilə səfər çərçivəsində prezidentlərlə görüşüblər:

“Hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləyib”.

Qeyd olunur ki, prezidentlərin görüşü barədə yaxın gələcəkdə məlumat veriləcək.