Həmsədrlər mayın sonunda gəlir

hemsedrler-mayin-sonunda-gelir
Oxunma sayı: 646

ATƏT-in Minsk qrupunun həmsədrləri mayın sonlarında regiona səfər edəcəklər.

“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər nazirinin mətbuat katibi Anna Naqdalyan brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya, Fransa və ABŞ nümayəndələri İqor Popov, Stefan Viskonti və Endrü Şefer Azərbaycan, Ermənistan və qondarma Dağlıq Qarabağa səfər edəcəklər.