“Həmsədrlərin sürdükləri təkliflər Bakının ürəyincə deyil”- - Nalbandyan

hemsedrlerin-surdukleri-teklifler-bakinin-ureyince-deyil-
Oxunma sayı: 1010


“Qafqazinfo”nun məlumatına görə, bunu iyunun 23-də Ermənistan xarici işlər naziri Eduard Nalbandyan rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

Onun bildirdiyinə görə, Fransa prezidenti Fransua Olland regiona səfəri zamanı konkret ideya irəli sürüb. O cümlədən, Parisdə Ermənistan və Azərbaycan prezidentləri arasında görüşün təşkilli haqqında təklif səsləndirib: “Ola bilər ki, bu konkretlik Bakının tam ürəyincə deyil”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya böhranın həllini yaxınlaşdıracaq istənilən səyləri dəstəkləyir:

“Fransalı tərəfdaşlarımızın yüksək səviyyədə razılaşdırılmış prinsipləri təcrübi dilə çevirməyə imkan verəcək ideyalarını Rusiya dəstəkləyir”.

Lavrovun fikrincə, istənilən halda Ermənistan və Azərbaycan prezidentlərinin görüşü nə qədər müntəzəm olsa, danışıqlar prosesi o qədər çox dinamik olacaq.