Həmyerlisini boynundan bıçaqlayan tutuldu

hemyerlisini-boynundan-bicaqlayan-tutuldu
Oxunma sayı: 644

İyulun 22-də Şirvan şəhəri ərazisində naməlum şəxs şəhər sakini Ə.Zeynalova bıçaqla boyun nahiyəsindən xəsarət yetirib.

“Qafqazinfo” xəbər verir ki, xəstəxanaya yerləşdirilmiş Ə.Zeynalovun vəziyyəti orta-ağırdır.

Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi T.Səfərov saxlanılıb. 

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.