Həmyerlisini döyüb öldürdü

hemyerlisini-doyub-oldurdu
Oxunma sayı: 2039

Qubada həmyerlisini döyərək öldürən şəxs saxlanılıb.

“Qafqazinfo”nun DİN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə Alpan kəndində baş verib. Əvvəllər məhkum olunmuş Eşqin Rəsulov evində münaqişə zəminində həmkəndlisi Anar Balayevi döyüb və o, hadisə yerində ölüb.

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Rəsulov tutulub.