“Hepsi”nin solistləri arasında dava - “Damarımıza basma...”

hepsinin-solistleri-arasinda-dava
Oxunma sayı: 1805

Bir zamanların fenomen qrupu “Hepsi”nin iki keçmiş solisti- Gülçin Ergül və Cemre Kemer arasında qalmaqal yaranıb. “Qafqazinfo” xəbər verir ki, hazırda müğənni kimi fəaliyyət göstərən Gülçin Kanal D-də yayımlanan “İkinci sayfa” proqramında “Qrupda xoşbəxt deyildim, neqativ şeylər məni yordu, ayrıldım” – deməsi Cemreni özündən çıxarıb. 

O, açıqlama yayaraq qarşı tərəfin yalan danışdığını bildirib: “Adama deməzlərmi ki, bu qədər dərdin var, niyə bunu sənə ən yaxın olan 3 qız bilmir? Gülçin solist olmaq istəyirdi, ayrıldı. İndi yediyi boşqaba tüpürür. Düşünməyib ki, susanlar bir gün danışacaq? Artıq sus, damarımıza basma”.  

Qeyd edək ki, “Hepsi” qrupu 2005-ci ildə yaranıb, 2009-cu ildə isə fəaliyyətini dayandırıb.  Qrup üzvlərindən təkcə Gülçin Ergül müğənnilik karyerasını davam etdirir. 

Cemre Kemer pilates müəlliməsi, Yasemin Yürük özəl şirkətin mətbuat xidməti, Eren Bakıçı isə kəndə köçərək əl işlərindən ibarət aksessuarlar hazırlamaqla məşğuldur.