“Həqiqət anı başlayır”

heqiqet-ani-baslayir
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri dünyanın nüfuzlu analitik mərkəzlərindən biri olan Karneqi fondunun eksperti deyib: “Vasitəçi dövlətlərin prezidentlərinin 26 may bəyanatları kifayət qədər aydın ifadə etdi ki, həqiqət anı başlayır. İyunun sonunda Kazanda, Fransa və Amerika vasitəçiləri tərəfindən dəstəklənən prezident Dmitri Medvedev beş il boyunca müzakirə edilən Baza Prinsipləri üzrə razılaşmaya nail olmaq üçün Ermənistan və Azərbaycan prezidentlərinə ciddi təzyiq göstərəcək”. Ekspert bildirib ki, Rusiya, ABŞ və Avropa İttifaqı danışıqların prosesi üzərində birlikdə yaxşı işləyiblər, lakin onların Qafqazdakı fərqli maraqları, hər iki ölkə ilə münasibətlərin müxtəlif gündəliyi və onların resurslarına iddia Qarabağ məsələsində yerli post - münaqişənin nizamlanmasını çətinləşdirir: “Kazan görüşü ilə Qafqazda sülh və müharibə ehtimalı bərabər səviyyəyə qalxdı”.

Qeyd edək ki, Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin iyun görüşünün də Kazanda keçirilməsi gözlənilir.

Səidə Teyyubqızı