Hər 30 saniyədə bir Ronaldo forması satılır

her-30-saniyede-bir-ronaldo-formasi-satilir
Oxunma sayı: 6104

“Real Madrid”dən “Yuventus”a transfer olan Kriştiano Ronaldo italyan azarkeşlərinin diqqət mərkəzindədir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ötən mövsüm 41 min forma satan “Yuventus” bu il futbolçunun transferindən sonra 55 min “Cristiano Ronaldo” forması satıb. Bununla da klub rekord qıraraq xeyli gəlir əldə edib. İtaliya mediasının yazdığına görə, hər 30 saniyədə bir Ronaldo forması satılır və bu satışdan 6,5 milyon avro gəlir əldə edilib.

Hazırda “Yuventus” mağazalarında Ronaldo formalarının satılıb qurtardığı, az sayda XXL ölçüsündə geyimlərin qaldığı bildirilir.