Hər 80 dəqiqədə bir əsgər intiharı

her-80-deqiqede-bir-esger-intihari
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə, hesabatda hər 80 dəqiqədə bir amerikalı əsgərin ya intihar etdiyi ya da buna təşəbbüs etdiyi deyilir.
Amerika Təhlükəsizlik Mərkəzinin dərc etdiyi intihar hesabatına görə, 2009-cu ildə İraq və Əfqanıstanda xidmətdə olan 1868 əsgər intihara təşəbbüs edib.

Hesabatda müharibədən yeni qayıdan əsgərlərin böhran yaşamalarında və intihara təşəbbüs etmələrində ölkədə yaşanan iqtisadi böhranın da təsirinin olduğu deyilir.

Hesabatı hazırlayan Margaret Harrell və Nensi Berglass ABŞ əsgərlərinin intihar etmələrinin qarşısını almaqda gücsüz olduqlarını və getdikcə bu sayın artacağını bildiriblər.


Səidə