“Hər ailə ağac əksin” devizi altında 8000 ağac paylanıldı - Fotolar

her-aile-agac-eksin-devizi-altinda-8000-agac-paylanildi
Oxunma sayı: 1481

“Hər ailə ağac əksin” devizi altında 8000-ə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, ağacəkmə aksiyası bu gün Binəqədi rayonu və Mehdiabad, Zığ, Qala qəsəbələrində davam etdirilib.

Ağac əkilməsinin təşviqi kampaniyasında vətəndaşlara ümumilikdə 8000-ə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb.

Qeyd edək ki, kampaniya 17 noyabr tarixində daha kütləvi xarakter alaraq məktəblərdə “Bir şagird bir ağac əksin və qorusun” devizi altında davam etdiriləcək.