“Hər ailədən ən azından bir nəfər döyüşçü!”

her-aileden-en-azindan-bir-nefer-doyuscu
Oxunma sayı: 630

“Qafqazinfo”nun məlumatına görə, forumda tanınmış ictimai-siyasi xadimlər, Qarabağ döyüşçüləri, qaçqın və məcburi köçkünlər, ziyalılar, QHT nümayəndələri iştirak ediblər. Tədbirdə QAT Qadınlar Şurasının sədri Fəridə Əsgərova, Qarabağ döyüşçüləri Gültəkin Quliyeva və Rüxsarə Cumayeva, tədqiqatçı alim Aygün Həsənoğlu, müxtəlif ictimai-siyasi təşkilatların təmsilçiləri Mehriban Abdullayeva, Ceyran Ənsər, Lalə Cəfərova, Mahirə Muradova, Sevinc Axundova və digərləri çıxış ediblər. Sonda qətnamə qəbul olunub. Qətnamədə deyilir: “Biz Forumda səsləndirilən təklifləri, fikirləri, Qarabağın işğalı ilə bağlı cəmiyyətin narazılıqlarını, torpaqlarımızın azad edilməsi üçün hərbi yolun labüdlüyünü, hərbi vətənpərvərlik işində qadınların üzərinə böyük məsuliyyətin düşdüyünü nəzərə alaraq hesab edirik: Torpaqlarımızın bu qədər uzun vaxt ərzində işğal altında qalması yolverilməzdir.

Azərbaycan hakimiyyəti Qarabağ məsələsi ilə bağlı danışıqlar üçün beynəlxalq təşkilatlar qarşısında vaxt qoymalı, bu vaxt bitdikdən sonra torpaqlarımızı işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamalıdır.

Ölkənin bütün siyasi qüvvələri Qarabağ məsələsində vahid mövqedən çıxış etməli, bu məsələdən hakimiyyət uğrunda mübarizədə istifadə etməməli, müharibə başlayacağı təqdirdə heç bir siyasi qüvvə pozuculuq fəaliyyəti ilə məşğul olmamalıdır.
Hərbi vətənpərvərlik tərbiyəsi dövlət siyasəti səviyyəsində aparılmalı, dövlət qurumları bu işlə ciddi şəkildə məşğul olmalıdır.

Sosial statusundan asılı olmayaraq hər bir qadın-nənə, ana, bacı, həyat yoldaşı gənclərimizin düşmənə qarşı barışmaz nifrət, intiqam və qisas ruhunda tərbiyə olunmasında fəal iştirak etməlidir.

Qadınlar gənclərimizin, o cümlədən öz övladlarının hərbi peşə və vərdişlərə daha çox meylli olması, hərbi və fiziki hazırlığa üstünlük verməsi, düşmənə qarşı döyüşə mənəvi və fiziki cəhətdən hazır olması üçün öz təsir imkanlarından, müqəddəs “Ana statusu”ndan istifadə etməlidirlər.

İşğalçı Ermənistana qarşı müqəddəs müharibəyə başlayanda “Hər ailədən ən azından bir nəfər döyüşçü!” prinsipi rəhbər tutulmalı, hamı tərəfindən yerinə yetirilməlidir”.