Hər ay 1,3 milyard istifadəçi bu proqramdan istifadə edir

her-ay-13-milyard-istifadeci-bu-proqramdan-istifade-edir
Oxunma sayı: 1158

“Facebook Messenger” proqramının aylıq auditoriyası 1,3 milyardı ötüb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, hazırda şirkət “Messenger” servisində funksiyaların artırılması üzərində aktiv işləməyə davam edir.

Son yeniliklər arasında videoçatlar üçün yeni filtr və reaksiyalar, “M” virtual köməkçisində daha çox xatırlatmalar, servisin digər ölkələrdə geniş yayılması, yeni oyunlar və “Messenger Lite” versiyasının bütün dünyada yayılmasını qeyd etmək olar.

Proqramçılar, həmçinin mühüm funksiyalara girişi daha da sadələşdirmək üçün “gələnlər” qovluğunun formatını dəyişdiriblər.

Qeyd edək ki, “Facebook Messenger” istifadəçilərinin sayı 2016-cı ilin iyulunda 1 milyardı ötmüşdü.