“Hər bir insanın bu haqda məlumatlı olması vacibdir”

her-bir-insanin-bu-haqda-melumatli-olmasi-vacibdir
Oxunma sayı: 644

Qafqazinfonun məlumatına görə, Tvtibb-in aparıcı müəllifi Vasif İsmayılzadə qeyd etdi ki, “Autizm sindromlu uşaqlar dünyada olduğu kimi ölkəmizdə də coxluq təşkil edir. Çox acınacaqlı haldır ki, bu sindromun nə olduğunu, ümumiyyətlə, autizmin nə olduğu haqqında insanlar kifayət qədər məlumatsızdırlar. Bütün kütləvi informasiya vasitələrini, televiziyaları, xəbər portallarını bu Mərkəzlə maraqlanmağa dəvət edirəm. Hər bir insanın bu haqda məlumatlı olması vacibdir. Çünki sabah bizim övladlarımızda da belə problem aşkar olunsa və autizmin nə olduğunu analamasaq, böyük təəssüf hissi yaşayacağıq”.

Mərkəzin həmsədrləri Çiçək Məmmədli və Esmira Kazımova autizm haqqında geniş fikirlər bildirdilər, uşaqların necə təlimlər aldığını, defektoloq, psixoloq, loqoped həkimlərin bu uşaqlarla necə təlim keçdikləri prosesini nümayiş etdirdilər. Çəkilişlər zamanı UNİCEF-in nümayəndə heyətinin də bu mərkəzə gəlməsi, mövcud problemlərələ tanış olması və eyni zamanda, tvtibb-in verlişinə qoşulmaları da maraqlı məqamlardan oldu. UNİCEF Mərkəzdəki təlimçilərin, autizmli uşaqların valideynlərinin də problemləri ilə tanış oldu.