“Hər biriniz vətənimizin gələcək qəhrəmanlarısınız”

her-biriniz-vetenimizin-gelecek-qehremanlarisiniz
Oxunma sayı: 643

Cəmiyyətin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirin məqsədi hərbi xidmətə çağırılan gəncləri ilkin təlimatlandırmaq, orduya gedəcək gəncləri vətənpərvərlik ruhunda mənəvi-psixoloji cəhətdən hazırlanmasıdır. Görüşün təşkilatçısı hərbi jurnalist “Əsgər Ailəsi” Cəmiyyətinin sədri, ehtiyatda olan zabit Roza Əliqızı, Qarabağ müharibə veteranları Nurcahan Hüseynova və Rüxsarə Cumayeva görüşdən əvvəl Sumqayıt şəhər 24 saylı orta məktəbinin şəhidlərinin abidəsini ziyarət edib gül dəstələri düzüblər.

Tədbir keçirilən akt zalda Sumqayıt şəhərində yerləşən 4 orta məktəbin 11-ci sinif şagirdləri iştirak edirdilər. 24 saylı məktəbin direktoru Mehriban Nəcəfova tədbiri açaraq ilk öncə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırdı. Sonra o, bu cür görüşlərin keçirilməsini, gənclərin öz vətən qəhrəmanlarının tanımasının vacib olduğunu bildirərək, “biz belə görüşlərə gecikmişik” dedi. Roza Əliqızı çıxışında gənc çağırışçıları maraqlandıran suallara cavab verərək, onlara gələcək əsgərlik həyatında uğurlar arzulayaraq bildirdi ki, “Hər biriniz vətənimizin gələcək qəhrəmanlarısınız, sizlərlə fəxr edirik. ”

Sonra döyüşçü, eyni zamanda, şəhid anası Nurcahan Hüseynovaya və Rüxsarə Cumayevaya gənclər önündə çıxış üçün söz verildi. Keçmiş qadın döyüşçülər hərbi xidmətə çağırılan gənclər önündə çıxış edərək onları hərbi vətənpərvərliyə, unutqan olmamağa səslədilər.

Sonda hərbi jurnalist-yazıçı Roza Əliqızı yeni qələmə aldığı “Vətən üçün Doğulanlar” kitabını gənclər arasında payladı.

Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilirdi.