Hər bölümə görə 150 min qazanacaq

her-bolume-gore-150-min-qazanacaq
Oxunma sayı: 3048

Türkiyəli aktrisa Nurgül Yeşilçay həmkarı Timuçin Esenlə 1 illik fasilədən sonra yenə birlikdə ekranlara qayıdır.

“Qafqazinfo” “Posta” qəzetinə istinadən xəbər verir ki,  “Show TV”də yayımlanacaq “Gülpəri” serialında baş rolu oynayacaq N. Yeşilçay hər bölümə görə 150 min lirə qazanacaq.

Serialda “Vəkil Kadir”i canlandıracaq olan T. Esen isə hər bölümə görə 50 min lirə gəlir əldə edəcək.

Qeyd edək ki, “Gülpəri” serialı “Yeşilçam”ın əfsanəvi ulduzu Fatma Girikin 1982-ci ildə çəkildiyi “Gülsüm ana” filmi əsasında çəkilib.