“Hər evə bir Quran” kampaniyasına hökuməti etiraz etdi

her-eve-bir-quran-kampaniyasina-hokumeti-etiraz-etdi
Oxunma sayı: 642

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Almaniyanın Köln şəhərində yaşayan fələstinli İbrahim Əbu Naqinin 2011-ci ilin oktyabr ayından başlatdığı kampaniya hökumətin etirazına səbəb olub. Hər bir evdə Qurani-Kərimin olması məqsədilə başladılan kampaniya çərçivəsində ölkənin 35 müxtəlif şəhərində əsasən küçədə və məktəblərin qarşısında indiyədək 300 mindən çox Quran nüsxəsinin paylandığı bildirilib.

Fələstinli Əbu Naqinin kampaniyasına kəskin etirazını bildirən alman siyasətçilər və hökumət rəsmiləri sözügedən kampaniyanın qarşısının alınmasının vacibliyini bildiriblər. Ölkənin Baş naziri Ancela Merkelin Xristian Demokrat Birliyinin üzvü millət vəkili Günter Krinqs yerli mətbuata müsahibəsində Qurana qarşı olmadığını, ancaq “radikal” müsəlmanların həyata keçirdiyi sözügedən kampaniyanın ölkədə din azadlığına zərər verdiyini iddia edib.

Təşkilatçı işadamı İbrahim Əbu Haqi kampaniyanın əsasən Almaniyada yaşayan türklər tərəfindən maliyyələşdirildiyini deyib. Almaniya mətbuatı isə həbsxanalardan və məktəblərdən start verilən kampaniyanın hazırda küçələrdə davam etdirildiyini yazıb.