“Hər gün soruşur ki, qaralırsan?”

her-gun-sorusur-ki-qaralirsan
Oxunma sayı: 3391

“Bir müddət idi ki, uzun saçlı qız idim. Hazırda saçlarım qısadır. İki gündən sonra necə olacağını bilmirəm”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva  “Virtual həyat” proqramına açıqlamasında deyib. 
O, yaxın zamanda imicində dəyişiklik edəcəyini söyləyib:

“Stilist Anar Ağakişiyev mənim üçün maraqlı bir saç düzümü fikirləşib. Həmin still üçün biraz qaralmalıyam. Hər gün soruşur ki, qaralırsan? Deyirəm, yox.

Dostlarım da deyir ki, bu saç mənə yaraşır. Belə qısa saçlarla özümü çox rahat hiss edirəm. Hələ ki, beləyəm, sonra nə olacaq, deyə bilmərəm”.