“Hər həftə bir bank rəhbərinə xahiş-minnətdəyik”

her-hefte-bir-bank-rehberine-xahis-minnetdeyik
Oxunma sayı: 2097

“Biz təxminən hər həftə bir bank rəhbərinə xahiş-minnətdəyik. Çünki banklara kreditlərini qaytara bilməyən insanların evləri satışa çıxarılır. Buna görə də evləri satışa çıxarılan insanlar bizə müraciət edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında büdcə zərfinin müzakirəsində millət vəkili Qənirə Paşayeva deyib. O, bu sahədə Qazaxıstanın təcrübəsini misal göstərib: “Banklar kreditlərin qaytarılmasında insanlara zaman tanısın. Onların borcları silinməsin. Amma ola bilməzmi ki, banklar kreditlərin qaytarılması üçün insanlara zaman tanısın?”.

Günel Türksoy