“Hər ikisi çılpaq vəziyyətdə idi...” - Oteldəki qətlin detalları

“Hər ikisi çılpaq vəziyyətdə idi...”
Oxunma sayı: 7249

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini 33 bıçaq zərbəsi vuraraq öldürməkdə təqsirləndirilən Günel Hüseynovanın məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, ittihama görə, G. Hüseynova onunla rəsmi nikaha girəcəyi barədə verdiyi sözə əməl etməyən sevgilisi Vüqar Atakişiyevi "Grand" oteldə bıçaqlayaraq öldürüb. 

G. Hüseynova özünü qismən təqsirli bildiyini deyib. 

Hadisənin şahidi, polis mayoru Müşviq Cabbarov deyib ki, otelə gedəndə hər yerin qan içində olduğunu görüb: "Qadın həddindən artıq qorxurdu, əsirdi. "Ana, ana" deyə qışqırırdı. 

Qız mənə dedi ki, Vüqar onun bakirəliyini pozub, amma onunla evlənməkdən imtina edib və başqası ilə evlənəcəyini deyib. Bu danışıq qızın xoşuna gəlməyib və onu öldürüb. Oğlanı çox sevdiyini deyirdi. Mərhuma deyib ki, başqası ilə evlənsən də, yenə görüşək. Oğlan yenə də razı olmayıb. Qız isə sonuncu dəfə görüşmək üçün çağırıb, iki dəfə onunla cinsi əlaqədə olduqdan sonra oğlanı qətlə yetirib”. 

Digər polis əməkdaşı Ülvi Mirzəzadə isə bildirib ki, qışqırtı səsini eşidərək otağa gedib və qapını sındıraraq içəri girib:  "Gördüm hər ikisi çılpaq vəziyyətdədir, oğlan qan içində idi. Qızın əlində bıçaq vardı, bıçağı əlində hərəkət etdirirdi, amma oğlanın bədəninə vurmurdu. Mən içəri girəndə artıq 33 bıçaq zərbəsi vurmuşdu. Şok vəziyyətində idi, məni eşitmirdi. Sonradan bıçağı yerə qoyub əynini geyindi. Amma  bizə yalvarırdı, deyirdi ki, mən onu sevirəm, ölməsin". 

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 25-də, gecə saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Grand” oteldə baş verib. G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevi boğazından və qoltuq nahiyəsindən bıçaqlayaraq öldürüb. V.Atakişiyev boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində ölüb.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi