Hər ikisi eyni paltarı geyindi - Qalmaqal yarandı

her-ikisi-eyni-paltari-geyindi
Oxunma sayı: 4828

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə ilə eks-aparıcı Günel Hümbətovanın eyni geyimdən istifadəsi qalmaqala səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, bir neçə həftə bundan əvvəl Hümbətova fotosessiya etdirib.  Həmin çəkilişdə qırmızı geyim və fərqli aksessuardan istifadə edib.  

Foto-layihəsini təqdim etməyə hazırlaşan Günel gözləmədiyi bir hadisə ilə qarşılaşıb.  Belə ki, İ. Kazımova rəsmi instaqram səhifəsində eyni geyim və aksessuarda olan bir fotosunu paylaşıb.  Məlum olub ki, Günelin müraciət etdiyi mağaza İlqarə ilə də əməkdaşlıq etməyə başlayıb. 

Hümbətova xalq artistinin qızının paylaşımından iki saat sonra fotosessiyasından bir foto yayımlayıb. O, mağaza əməkdaşlarını tənqid edib və iki məşhura eyni geyim və aksessuarı satmağın düzgün olmadığını bildirib. 

Günel daha sonra yazdığı şərhi silib.