“Hər kəs yaxşı bilməlidir ki...”- - Zakir Həsənov

her-kes-yaxsi-bilmelidir-ki-
Oxunma sayı: 1285


 “Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, müdafiə naziri qeyd edib ki, hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Ali Baş Komandana,Vətənimizə, torpağımıza, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə əks etdirən Azərbaycan Ordusunun şəxsi heyəti hər an qələbəyə hazır ola bilər:

“Bu gün dövlət rəhbərliyi, şəxsən Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən orduya böyük diqqət və qayğı vardır. Həm Silahlı Qüvvələrimizin bölmələri müasir silah və hərbi texnikalarla təmin edilir, həm də hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Hər kəs yaxşı bilməlidir ki, bu gün ordumuzun şəxsi heyətini qarşıda duran mühüm vəzifənin icrasına torpaqlarımızın işğaldan azad edilməsinə səfərbər etmək qarşımızda dayanan ən mühüm vəzifədir.

İlk növbədə qeyd etmək istərdim ki, əsgərin tərbiyəsinə cavabdehlik daşıyan zabit bütün mənəvi-əxlaqi keyfiyyətləri ilə hərbi kollektivdə nümunə olmalıdır. Bölmə komandirlərinin şəxsi heyətlə iş üzrə müavini bilməlidir ki, bu gün ordu rəhbərliyi ona böyük etimad göstərib. Onların vəzifələri bir pillə artırılıb, yəni, o, öz komandiri ilə bir səviyyədə dayanır. Mənə elə gəlir ki, bu göstərilən etimad həmin zabitin vəzifə məsuliyyətini qat-qat artıracaqdır”.