Hər nəfər üçün 7378 manat ÜDM

her-nefer-ucun-7378-manat-udm
Oxunma sayı: 998

2018-ci ilin yanvar-noyabr aylarında ölkənin ümumi daxili məhsulu 1,0 faiz artaraq 72432,1 milyon manata çatıb.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, əlavə dəyərin istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda 1,3 faiz, neft sektorunda isə 0,3 faiz artıb.

ÜDM-in 45,2 faizi sənayedə, 9,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,8 faizi tikintidə, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrində, 15,1 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 8,0 faizini təşkil edib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 9,2 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 7,9 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,6 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,7 faiz, sənayedə 1,3 faiz, digər xidmət sahələrində 0,7 faiz artıb, tikintidə isə 13,1 faiz azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 7378,5 manata bərabər olub.