Hər nəfərə 5149 manat…

her-nefere-5149-manat
Oxunma sayı: 1531

2017-ci ilin doqquz ayında ölkə rezidentləri tərəfindən 50067,3 milyon manat və ya əhalinin hər nəfərinə 5149,4 manat məbləğində ümumi daxili məhsul istehsal edilib.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu dövrdə neft sektorunda əlavə dəyər istehsalı 6,5 faiz azalıb, iqtisadiyyatın qeyri-neft sektorunda isə 2,5 faiz, o cümlədən informasiya və rabitə sahələrində 6,2 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 5,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,8 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,1 faiz, tikintidə 1,5 faiz artım müşahidə olunub. Eyni zamanda, qeyri-neft sənayesində məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz, bu sahədə yaradılmış əlavə dəyər isə 3,7 faiz artıb.